Kategoriler
Reseptler - Resept

Paxlava Resepti, Əsil Paxlavanın Hazırlanması 💯

Qozlu paxlava reseptini sizinlə paylaşdım. Paxlavanın hazırlanması və paxlavanın resepti aşağıda qeyd olunub.

Paxlava, Novruz bayramında bişirilən şirniyyatdır. Əsasən qoz ləpəsindən paxlava hazırlayırlar.

Paxlavanın Hazırlanması:
Unun üzərinə duz, vanil əlavə edilir. Daha sonra əvvəlcədən aktivləşdirilmiş quru maya, şəkər tozu və süd qarışımı, yumurta, xama, kərə yağı ilə birgə una əlavə edilərək qarışdırılır. Süd isə hissə-hissə əlavə edilir. Südün miqdarı unun növündən, yumurtaların həcmindən aslı olaraq dəyişə bilir. Paxlavanın xəmiri yoğrulduqdan sonra üzəri ötülərək 15-20 dəqiqə gözlədilir. Bu arada şəkər tozu, su və limondan şərbət hazırlanır. Paxlavanın içliyi isə qoz, şəkər tozu və hildən hazırlanır. Xəmir kündələrə bölünür. Paxlava 12 qatdan ibarət olacaq. Paxlavanin alt qatı 250 q. üst qatı 270 q. digər qatları isə 80 q. dan az olmalıdır.
Paxlava listi öncədən yağlanılır. Daha sonra paxlavanın alt kündəsi qaba uyğun yayıldıqdan sonra listə yerləşdirilir. Paxlavanın alt qatının üzəri yağlanır ancaq içlik əlavə edilmir. İkinci qatdan başlayaraq yağla bərabər içlikdə əlavə edilir. Qatların arasına 2 xörək qaşığı yağ və 3-3,5 xörək qaşığı şəkər tozu bəs edir. 11-ci qata qədər hər şey eyni qayda ilə davam edir. Ancaq 11-ci qatın üzərinə içlik əlavə edilmir, lakin yağlanır. Paxlavanın ən üst qatı da əlavə edildikdən sonra romb formasında kəsilməyə başlanır. Üzərinə yumurta və romb mərkəzlərinə qoz ləpəsi qoyulur. Paxlavalar bişməyə hazırdır.
Paxlavalar azacıq qızardıqda peçdən çıxardılaraq üzərinə yağ əlavə edilir.qatların arası yenidən bıçaq ilə kəsilir və yenidən bişməyə göndərilir.
Paxlava bişdikdən sonra üzərinə dərhal şərbət əlavə edilir. Qaynar olduğu zaman rəngi bir az açıq olur, lakin şərbət əlavə edilib 1-2 saat sonra rəngi özünə gəlir. Nuş Olsun.

Resept 📖 (AZ)

🍴
Xəmiri:
800 q. un,
Duz,
Vanil,
Quru maya,
1 çay qaşığı şəkər tozu,
2-3 xörək qaşığı süd,
1 ədəd bütöv yumurta + 2 ədəd sarısı,
3 xörək qaşığı xama,
150-160 q. kərə yağı,
1 stəkan süd,

İçlik:
600 q. qoz, (50 q. üzəri üçün saxlayırıq),
350 q.şəkər tozu,
1 çay qaşığı hil.

Şərbət:
2 stəkan şəkər tozu,
1 stəkan + 2 xörək qaşığı su,
1/4 limon.

Üzərinə:
1 ədəd yumurta,
Paxlava sayı qədər qoz.

Yağ:
350 q. yağ, (1 stəkandan bir barmaq aşağı üzərinə saxlayırıq).

✏ Qeyd: Südün miqdarı unun növündən, yumurtaların həcmindən aslı olaraq dəyişə bilir.

Novruz şirniyyat reseptlərini izləmək üçün aşağıdakı linklərə daxil ola bilərsiz. 👇

➤ Badambura Resepti:
https://youtu.be/hC7duEpadLE

➤ Şirin Qoğal Resepti:
https://youtu.be/0Hs93rDU4LU

➤ Badambura Resepti:
https://youtu.be/_DAiBeQ2dOE

➤ Paxlava Resepti:
https://youtu.be/QGtcLwxU50s

➤ Şəkərbura Resepti:
https://youtu.be/QAGHhwRVlx4

➤ Döymə Şəkərbura Resepti:
https://youtu.be/pTTq2OO7gOM

➤ Qoğal Resepti:
https://youtu.be/Uxrj-pfp-jA

➤ Səməni Videosu:
https://youtu.be/9P7caRgSoH4

➤ Novruz Şirniyyatları:
https://www.youtube.com/playlist?list=PL-kchd_KPKNXsiDZkrd2AphXxSGa4N7Ds

😊 Video xoşunuza gəldisə, bəyənməyi 👍 unutma 🙂
🔔 Yeni videolarımı anında izləmək üçün, abunə ol 👇
► https://www.youtube.com/YemekReseptleri
Oğlumun kanalı: https://www.youtube.com/AsgarMollayevTraveler

🎬 Digər Videolarım: 👇

➤ Salat Reseptləri:
https://www.youtube.com/playlist?list=PL-kchd_KPKNWPNspmLg8bKzL4qH619IAp

➤ Şirniyyat Reseptləri:
https://www.youtube.com/playlist?list=PL-kchd_KPKNXZQ4PoWf8PI5xliiyf9HC_

➤ Yemək Reseptləri:
https://www.youtube.com/playlist?list=PL-kchd_KPKNUtyhAyCSX84154qXX3vN7J

➤ Peçenye Reseptləri:
https://www.youtube.com/playlist?list=PL-kchd_KPKNUGSeVsrvdScqYNxuTb_mdU

Musiqi:
“Carefree” Kevin MacLeod (incompetech.com)
Licensed under Creative Commons: By Attribution 3.0 License
http://creativecommons.org/licenses/by/3.0/

#paxlava #paxlava_resepti #novruz #Paxlavanin_hazirlanmasi #paxlavanın_hazırlanması

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir